Xəbərlər
Arxeoloji park
Böyük Britaniya nümayəndə heyəti #WUF13 çərçivəsində İçərişəhəri ziyarət edib
20.05.2026
İçərişəhərə xüsusi qonaqların ziyarəti davam edir — bu dəfə Böyük Britaniya nümayəndə heyəti BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (#WUF13) çərçivəsində paytaxtın tarixi mərkəzinə səfər edib.
“#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər heyətinin müşayiəti ilə keçirilən tur zamanı qonaqlara irsin qorunması, tarixi şəhər mühitinin müasir urban yanaşmalarla uzlaşdırılması barədə məlumat verilib.
Səfər marşrutu İçərişəhərin əsas simvolik məkanlarını əhatə edib — #QızQalası, Buxara karvansarası, Bakı Xanlar bağı və Yeraltı hamam ziyarət olunub.
