Xəbərlər
Arxeoloji park
Bakı Fotoqrafiya Evində “Qışın rəngləri” sərgisinin açılışı keçirilib
02.01.2026
Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət Uşaq Filarmoniyası şagirdlərinin əl işlərindən ibarət “Qışın rəngləri” sərgisinin açılışı baş tutub. Gənc istedadların qış mövzusunda ərsəyə gətirdiyi 50 rəsm əsərinin nümayiş olunduğu tədbir Şaxta baba ilə görüş, maraqlı konsert proqramı və ustad dərsləri ilə əsl bayram şənliyinə çevrilib. Bayram əhval-ruhiyyəli bu sənət nümunələrini 5 yanvar tarixinədək siz də ziyarət edə bilərsiniz.
