“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

Azərbaycanın sənətkarlıq irsi beynəlxalq müstəvidə!

24.11.2026

Azərbaycanın sənətkarlıq irsi beynəlxalq müstəvidə!

Vyetnamın Hanoy şəhərində keçirilən “Global Crafts Festival 2026”da İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin ustaları ölkəmizi təmsil ediblər.

65 ölkədən iştirakçıları bir araya gətirən festivalda nümayiş olunan əl işləri ziyarətçilərə Azərbaycan sənətkarlığına xas bədii üslub və işləmə texnikaları ilə tanış olmaq imkanı yaradıb.

Xarici həmkarları ilə görüşlərdə “Dastan” brendinin təmsilçiləri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş sənətkarlıq ənənələrinin İçərişəhərdə necə yaşadıldığından danışıblar. Onlar nəsildən-nəslə ötürülən üsulları öz yaradıcılıqlarında necə tətbiq etdikləri və bu bacarıqları gənclərə necə öyrətdikləri barədə təcrübələrini bölüşüblər.

Azərbaycanın sənətkarlıq irsi beynəlxalq müstəvidə!
Azərbaycanın sənətkarlıq irsi beynəlxalq müstəvidə!
Azərbaycanın sənətkarlıq irsi beynəlxalq müstəvidə!