"Səni sevdim çox sadəcə" - İçərişəhərdə musiqili poeziya gecəsi
Bəylər məscidi və Qız Qalası
"Səni sevdim çox sadəcə" - İçərişəhərdə musiqili poeziya gecəsi
Noyabr günündə İçərişəhərin qəlbində poeziya və musiqi bir araya gələcək. Sevilən şairlərin — Ramiz Rövşən, İlqar Fəhmi, Hamlet İsaxanlı, Zeynal Cabbarzadə, Zəlimxan Yaqub və digər qələm sahiblərinin misraları duyğulara toxunan melodiyalarla birləşərək özünəməxsus bir ədəbi-musiqili axşam yaradacaq. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək poeziya gecəsinə hər kəsi dəvət edirik.
