Bakı Fotoqrafiya Evində Cahangir Aşurovla Görüş və Ustad Dərsi Keçirilib
Qız Qalası
Bakı Fotoqrafiya Evində Cahangir Aşurovla Görüş və Ustad Dərsi Keçirilib
Bakı Fotoqrafiya Evində özbək rəssamı, şərq miniatür sənətinin tanınmış ustası Cahangir Aşurovla görüş və ustad dərsi keçirilib. Görüş zamanı sənətkar yaradıcılıq təcrübəsini bölüşüb, müəllif texnikasını nümayiş etdirib və iştirakçıların suallarını cavablandırıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən bu görüş miniatür sənətinin incəliklərini yaxından kəşf etmək üçün unikal bir imkan olub.
