“Həftəbecər”, Fərid Rəsulovun fərdi sərgisi
“Həftəbecər”, Fərid Rəsulovun fərdi sərgisi
QGallery tanınmış müasir Azərbaycan rəssamı Fərid Rəsulovun ən yeni “Həftəbecər” adlı sərgisini qürurlar təqdim edir. Vizual dəqiqliyi və konseptual düşünmə tərzi ilə tanınan Rəsulov bu dəfə diqqətini gündəlik bolluğun incə və sakit poetikasına yönəldir.
Bu seriyada rəssam gündəlik həyatın tanış elementlərini, sadə obyektləri mədəniyyətin, yaddaşın və ruzi-bərəkətin meditativ simvolları kimi yenidən anlandırır. Zərif şəkildə tərtib olunmuş kompozisiyalar, dəqiqliklə işlənmiş detallar və gücləndirilmiş ritm hissi ilə Rəsulov sadəliyi əhəmiyyətli bir məna qatına yüksəldir və kiçik formalarda böyük emosional və estetik dərinliyin necə gizləndiyini üzə çıxarır.
“Həftəbecər” sərgisi “hər şeydən bir az” anlayışının gözəlliyini, təbiətdən fraqmentlər, adət-ənənələrdən parçalar, yaşanmış təcrübələrin izləri özündə əks etdirir. Hər bir əsər harmoniya və müxtəliflik üzərində düşüncə məkanına çevrilir və izləyiciləri dünyaya daha diqqətli və dəyərləndirici bir baxışla yanaşmağa dəvət edir.
Aydın ifadə ilə abstrakt baxışın qarşılıqlı vəhdəti üzərinə qurulan bu sərgidə Rəsulovun gündəlik həyatın motivlərini vizual harmoniya dünyasına yüksəltmək bacarığını ön plana çıxarır. “Həftəbecər” izləyiciləri bir anlıq dayanmağa, diqqətlə müşahidə etməyə və həyatın ən sadə məqamlarında belə gizlənən zənginliyi yenidən duymağa çağıran bir dəvətdir.
Sərgi 29 dekabr 2025-ci il tarixinə qədər davam edəcək.
