İdarə heyəti
Aytac Əlisultanlı
İdarə Heyətinin üzvüTəhsil
2015 — Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi.
2017 — Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisaslaşması üzrə magistr dərəcəsi.
2018–hazırda — Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlıq nəzəriyyəsi, abidələrinin bərpası və yenidən qurulması ixsitsası üzrə doktorantura.
Karyera
2013 — Peşəkar fəaliyyətinə memar kimi başlamışdır.
2018-2021-ci illər — “Paşa İnşaat” MMC-də memar olaraq çalışmışdır.
2021-2025 — Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində Memarlıq sektorunun müdiri, daha sonra Şəhərsalma və memarlıq şöbəsinin müdir müavini.
Bu dövrdə 3-cü, daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcələri almışdır.
2025 (aprel) — “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzində direktor.
2025 (oktyabr) — “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü.
Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür.
UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür.
Xarici dillər
İngilis, rus dilləri.
Həyatı
Ailəlidir. Bir övladı var.
