“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Fəaliyyət

Bərpa və konservasiya layihələri

Sıratağlı dini-memarlıq kompleksi

Sıratağlı dini-memarlıq kompleksi

1964-cü ildə Qız qalasının şimal tərəfində abadlıq işləri ilə əlaqədar qazıntı aparılan zaman maraqlı quruluşa malik olan tağlı abidə aşkar olunmuşdur. Bu nadir memarlıq nümunəsi İçərişəhərdə dini məqsədlər üçün inşa edilən ən maraqlı abidələrdən biridir. XV əsrə aid abidənin həyətindən aşkar edilmiş toplum məzarlar arasında isla­maqədərki dəfn yerləri də mövcuddur. Dini əhəmiyyət daşıyan müqəddəs bir yer olan abidə antik dövr–XII əsrə aid edilir. Abidənin bir neçə mədəni təbəqədə yerləşməsi onun qədimliyindən və bu məkanın yüz illərlə müqəddəs sitayiş yeri olduğundan xəbər verir. Hal-hazırda burada “Bədii daşyonma sənəti nümunələri” adlı ekspozisiya fəaliyyət göstərir. Ekspozisiya abidənin tarixindən, bədii daşyonma sənətinin ilkin addımlarından, epiqrafikasından, dəfn mərasimlərindən, eləcə də qəbirüstü yazı və simvollardan bəhs edir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək gələcək nəsillərə ərməğan etməklə yanaşı, turizm sektorunu da inkişaf etdirir. Qoruq İdarəsi mühafizə rejiminə riayət etməklə ərazidə rekreasiya zonalarını müəyyənləşdirir, həmçinin təbii landşaftların yaradılması ilə əlaqədar aparılan rekonstruksiya və torpaq-qazıntı işləri zamanı paralel olaraq arxeoloji xilasetmə işləri də həyata keçirir.

Qədim Bakının tarixinin araşdırılması məqsədilə təyinatı müəyyən edilməmiş və tarixi tam araşdırılmamış abidələrin aqibətini öyrənmək üçün ərazidə xilasedici arxeoloji kəşfiyyat işləri aparılır. Son illər ərzində İçərişəhərdə turizm infrastrukturunda nəzərəçarpacaq dərəcədə böyük işlər görülmüşdür. İki əsr bundan öncə qədim Bakı — hazırda İçərişəhər adlandırdığımız tarixi məkan — müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq edilmiş memarlıq abidələri və tarixi yerlər konservasiya olunaraq yeni görkəmdə turizm məqsədləri üçün istifadəyə verilmişdir. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələri də bu sıraya daxildir.

Sıratağlı dini-memarlıq kompleksi
Sıratağlı dini-memarlıq kompleksi
Sıratağlı dini-memarlıq kompleksi
Sıratağlı dini-memarlıq kompleksi
Sıratağlı dini-memarlıq kompleksi
Sıratağlı dini-memarlıq kompleksi