Məhkəmə işləri sektorunun müdiri / Hüquq şöbəsi
Məhkəmə işləri sektorunun müdiri / Hüquq şöbəsi
Vakansiya adı: Məhkəmə işləri sektorunun müdiri
Struktur bölmə: Hüquq şöbəsi, Məhkəmə işləri sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
Qurumun fəaliyyəti ilə bağlı yaranan mülki, iqtisadi, inzibati və əmək mübahisələri üzrə məhkəmə işi strategiyasını müəyyən etmək;
Bütün məhkəmə instansiyalarında qurumu təmsil etmək;
İddia ərizələri, vəsatətlər, apelyasiya və kassasiya şikayətlərinin hüquqi ekspertizasını aparmaq və təsdiqləmək;
Məhkəmə qərarlarının icrası mərhələsində icra qurumları ilə işi təşkil etmək və debitor borcların yığılması prosesinə hüquqi dəstək vermək;
Qurumun fəaliyyətində aşkar olunan hüquqi boşluqları analiz etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
Sektorun rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək.
Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək.
Namizədə dair tələblər:
Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Bakalavr təhsili mütləqdir, magistr təhsili arzuolunandır)
İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi(rəhbər vəzifədə 3 il);
Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)
Dövlət qurumlarında iş sahəsində təcrübənin olması;
Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Müraciət qaydası:
Namizədlər CV-lərini karyera@icherisheher.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Məhkəmə işləri sektorunun müdiri” qeyd olunması xahiş olunur.
