18 iyun 2022-ci il tarixində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin Lahor qədim Qala şəhər Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüşü baş tutub.

Görüş iki qurum arasında imzalanmış “Dostluq və əməkdaşlıq Protokolu” çərçivəsində, eləcə də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümü çərçivəsində keçirilib. Görüşdə "İçərişəhər” DTMQ İdarəsi və Lahor qədim Qala şəhəri Administrasiyası arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı imkanları müzakirə edillib.

Qeyd edək ki, görüş Pakistan Respublikasının Lahor qədim Qala şəhəri Administrasiyasının rəhbəri Kamran Laşarinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər