Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar 6 iyun saat 01:00-dan 14 iyun saat 00:00-dək Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Nəzərinizə çatdırırıq ki, İçərişəhər ətrafı Formula 1 Azərbaycan Qran Pri trekinin bir hissəsidir və 6 iyun saat 00:00-dan 06:00-dək İçərişəhər ərazisinə giriş-çıxış yalnız burada yaşayan və ya işləyən sürücülər üçün icazə əsasında həyata keçirilıcək. İcazəni "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, (012) 492 24 27 nömrəsi ilə əlaqə saxlamaqla ala bilərsiniz.

Onu da qeyd etmək istəyirik ki, piyadaların İçərişəhər ərazisinə girişi yalnız İstiqlaliyyət küçəsindəki (istiqamət "İçərişəhər” metrostansiyası) və müvəqqəti quraşdırılmış Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsindəki keçidlərdən (istiqamət nöqtəsi Nizami adına park) mümkün olacaq.

Xəbərlər Qalereyası

Xəbərlər