1990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 32 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi qeyd edilən 20 Yanvar Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini və bu yoldan dönməyəcəyini təcəssüm etdirir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il 20 yanvar tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif layihələr reallaşdıraraq bu faciəvi hadisələri və şəhidlərimizi yad edir. O qanlı gecənin hadisələrini, Azərbaycan xalqının qəhrəmanlığını bir daha xatırlatmaq üçün bu il 19-23 yanvar tarixlərində İçərişəhərin Böyük Qala küçəsində, Qoşa Qala qapısı yaxınlığında ötən əsrin 90-cı illərinin üslubunda dekorasiya edilmiş bir ev maketi yerləşdirilmişdir. Maketin interyerində həmin dövrə aid xırda elementlər, televizor monitorunda 20 yanvar hadisələrini 1990-cı ildə işıqlandıran xəbərlər, verilişlər və çıxışlardan yığılmış videoçarx təqdim edilmişdir.

İdarə şəhərimizin sakinlərini və qonaqlarını yaradılmış bu instalyasiyanı görməyə dəvət edir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər Qalereyası

Xəbərlər