Bakı Xan Sarayı Kompleksi  ərazisində 2015-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı XVII əsrə aid hamam qalıqları aşkar edilmişdir. Abadlıq işlərinə məhz bu abidənin təkan verməsinə baxmayaraq, layihələndirilən rekreasiya kompleksi İçərişəhərin çox daha böyük sahəsini əhatə edir. Bakı Xan Sarayı Kompleksinə daxil olan arxeoloji park 2019-cu ildə “Manarch Studio” tərəfindən layihələndirilmişdir. Dominant binaların təsiri ilə altı güşəyə bölünən parkda, fərqli mikro-iqlimlər formalaşdırılmışdır. Açıq sərgi, meydan və şərq bağçılığı kimi individual cəhətlərə malik olan guşələr, ümumilikdə öz bütövlüyünü və yumşaq keçidləri qoruyur. Möhtəşəm layihəyə görə İlqar Manafsoy və onun komandası      V Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində Beynəlxalq Memarlıq İttifaqı və Moskva Memarlar Birliyi tərəfindən diplomlarla təltif olunmuşdur.

Xəbərlər Qalereyası

Xəbərlər