Dekabrın 11-də “Old Manqal” restoranında təşkil olunan görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2022-ci il üçün perspektivləri, mədəni-kütləvi tədbirlərin təşkili və qaydaları, aparıcı şirkətlərlə əməkdaşlıq planları müzakirə olunub.
Görüş çərçivəsində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin @dastan_traditional_arts məhsulları təqdim olunub, korporativ əl işləri, hədiyyə nümunələri də nümayiş etdirilib. Həmçinin, 2021-ci ilin uğurları və nailiyyətləri növbəti ilin perspektivləri biznes tərəf müqabilləri ilə müzakirə olunub.
Qoruq İdarəsinin rəhbər heyəti gözəl təşkilatçılıq üçün “Old Manqal” restoranına və dekorasiya üçün isə “Cozy by Madi” şirkətinə təşəkkür edir.

Xəbərlər Qalereyası

Xəbərlər