Qəhrəman Azərbaycan əsgəri sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətimizin sosial qayğısı ilə tam əhatə olunsa da, özəl müəssisə və təşkilatlar da bu işə öz töhfəsini verməkdədir. Bu gün Vətən Müharibəsi veteranları ilə çalışmaq qürurvericidir. Bu baxımdan “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir neçə Vətən Müharibəsi iştirakçısını işlə təmin edib. Qarabağımızın xalqımıza geri qayıtmasında şücaət göstərən, qəhrəmanlıq örnəyi olan 5 veteranımız bundan sonra İdarə və onun strukturlarında müxtəlif sahələrdə işə başlayacaq.
Beləliklə də, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və onun strukturlarında 12 nəfər Vətən Müharibəsi iştirakçısı çalışacaq.

Xəbərlər Qalereyası

Xəbərlər