24 noyabr 2021-ci il tarixində Pakistan İslam Respublikasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun həmin ölkəyə işgüzar səfəri çərçivəsində İçərişəhər və Lahor qədim Qala şəhəri Administrasiyası arasında “Dostluq və əməkdaşlıq Protokolu” ("Protocol of Friendship & Cooperation”) imzalanmışdır.

Protokolu Pakistan tərəfindən Lahor qədim Qala şəhəri Administrasiyasının direktoru cənab Kamran Laşari imzalamışdır. Protokolun imzalanmasında əsas məqsəd İdarə və Lahor qədim Qala şəhərinin Administrasiyası arasında dostluq münasibətlərini genişləndirmək, iqtisadi, sosial və mədəni əlaqələri gücləndirmək, ortaq fəaliyyət sahələrini müəyyən etməkdən ibarətdir. Sənəddə incəsənət, mədəniyyət, turizm, elm və tarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlığı sürətləndirmək və digər məsələlər öz əksini tapmışdır.

İmzalanma mərasimindən sonra tərəflər işgüzar görüş keçirmişdir. Görüşdə İçərişəhər və Lahor Qala şəhərləri arasında əməkdaşlıq imkanları və gələcək planlar müzakirə edilmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər