06 noyabr 2021-ci il tarixində ”Içərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsində 8 Noyabr - Zəfər günü münasibəti ilə görüş keçirilib. İdarə Heyətinin sədri Əsgər Ələkbərov 44 günlük Vətən müharibəsində döyüşmüş Qoruq sakinləri və İdarə əməkdaşları ilə görüşüb onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Görüşdə hər bir veteranla səmimi söhbət edilib. Görüş iştirakçılarına son bir ildə ölkəmizdə siyasi, sosial və hərbi sahədə əldə olunan uğurlu nəticələr, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, şəhid ailələrinə və qazılərə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən bütün dövlət qurumları daim diqqət və qayğı göstərir. Sonda görüş iştirakçılarına İdarə adından hədiyyə və mükafatlar təqdim edilib.

Xəbərlər Qalereyası

Xəbərlər