Avqustun 26-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Turizm və Ətraf Mühit: Turizmin ətraf mühitə mənfi təsirlərini minimuma endirməklə yanaşı, müsbət təsirlərini artırmaq yolları” mövzusunda növbəti onlayn görüş keçirilib. Görüşün təşəbbüskarı və moderatoru Gülarə Abdullayeva sözgedən mövzu çərçivəsində təqdimatla çıxış etmişdir.
Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq etmişdir. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhər 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi edib.

Xəbərlər Qalereyası

Xəbərlər