Bu gün Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər çərçivəsində İçərişəhəri ziyarət edib. Ziyarət çərçivəsində qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış olmuş, ziyarətçilərə abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilib. Koreyalı rəsmilər qədim şəhərdən xoş və zəngin təəssüratla ayrılıblar.

Xəbərlər Qalereyası

Xəbərlər