Dünən ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət etmişdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanan qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış olmuş, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş arayış təqdim olunmuşdur.

Ziyarətçilər həmçinin ötən il açılışı olunan Bakı Xan Sarayı Kompleksinin parkı və Yeraltı hamamla tanış olmuş, onlara ərazidə aparılan konservasiya və bərpa işləri haqqında ətraflı məlumat verilmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər