Mühazirə zamanı fotoqrafiya tarixinin müstəqil tədqiqatçısı Hüseynzadə tərəfindən Azərbaycanda fotoqrafiya sənətinin 170 illik tarixi ilə bağlı maraqlı faktlar, şəxsi kolleksiyasına daxil olan, bu günə qədər heç yerdə nümayiş edilməyən unikal fotoşəkillər, neqativlər haqqında açıqlamalar olunub və slayd-şou formatında nümayişlər təqdim olunub.

Mühazirə dinləyicilər tərəfindən böyük maraqla qarşılandığına görə bu görüşün yenidən təşkil olunmasına qərar verilmişdir. Yeni mühazirənin tarixi bəlli olduğu zaman səhifəmizdə bu haqda məlumat veriləcəkdir.

Əziz dostlar, tövsiyə edirik ki, bu şansı qaçırmayasınız. Çünki İçərişəhərin qədim tikililərindən biri olan Zəncirli binada ölkənin ən istedadlı fotoqraflarından birindən bu günə qədər heç yerdə nümayiş edilməyən fotoşəkilləri görmək hər zaman ələ düşməyən fürsətdir.

Xəbərlər Qalereyası

Xəbərlər