Bu gün Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün ailə üzvləri İçərişəhəri ziyarət edib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanan qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış olmuş, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilmişdir. Türkiyəli ziyarətçilər qədim şəhərdən xoş təəssüratla ayrıldılar.

Xəbərlər Qalereyası

Xəbərlər