İyunun 8-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə uşaqlar arasında "Planetimizi sağaldaq" adlı rəsm müsabiqəsi keçirilmişdir.
"EU4Climate" layihəsi çərçivəsində ərsəyə gələn müsabiqə ətraf mühitin qorunmasının vacibliyi barədə maarifləndirmənin aparılmasında maraqlı olan 7-12 yaşlı uşaqlar arasında təşkil olunub.
Tədbirdə həmçinin "EkoSfera" Sosial-Ekoloji Mərkəzi tərəfindən balaca rəssamlar üçün interaktiv, əyləncəli ekoloji oyunlar keçirilib.

Xəbərlər Qalereyası

Xəbərlər