Dünən dünyada Sadhquru adı ilə tanınan məşhur hindistanlı yoqa ustası və mistik Caqqi Vasudev ölkəmizə səfəri çərçivəsində İçərişəhəri ziyarət etmişdir.
Eyni zamanda müxtəlif kitabların müəllifi olan hindistanlı qonaq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanmış, paytaxtımızın tarixi-memarlıq incisinin Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, “Sıratağlı” Dini-Memarlıq Kompleksi və Bəylər məscidi ilə tanış olmuşdur.
“Sıratağlı” Dini-Memarlıq Kompleksində qədim dövrlərdə atəşpərəstlik məbədinin olduğunu öyrənən məşhur mistik Odlar yurdunun mərkəzindən xoş təəsüratla ayrılmışdır.

Xəbərlər Qalereyası

Xəbərlər