7 iyun 2021-ci il tarixində Kiyev şəhər dövlət administrasiyasının başçısının müavini Marina Xondanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər çərçivəsində İçərişəhəri ziyarət etmişdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanan qonaqlara paytaxtımızın tarixi-memarlıq incisi İçərişəhər haqqında ətraflı məlumat verilmişdir. Ziyarət çərçivəsində nümayəndə heyəti Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası abidələri ilə tanış olmuş, onlara abidələrin tarixi haqqında geniş arayış təqdim olunmuşdur. Ukraynalı qonaqlar eyni zamanda İçərişəhərin ən çox maraq göstərilən yerlərindən biri olan "Brilyant əl" filminin məşhur səhnəsinin çəkildiyi Kiçik Qala küçəsindəki məkanla tanış olublar.
Qonaqlar İçərişəhərdən xoş və zəngin təəsüratla ayrılıblar.

Xəbərlər Qalereyası

Xəbərlər