Əziz dostlar,
Bu gün mütləq yolunuzu İçərişəhərdən salın. Çünki sizi açıq səma altında saat 17:30-da Dördbucaqlı qala (Art Tower) qarşısındakı meydanda konsert proqramı gözləyir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq “Simurq” adlı musiqi festivalı çərçivəsində baş tutacaq konsert Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Arts Council Azərbaycan” təşkilatı, Bakı Media Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunur. İçərişəhərdə keçiriləcək bu tədbir festivalın proqramına daxil olan konsert proqramlarından ilkidir və olduqca zəngin repertuara malikdir.
Belə ki siz Q.Qarayevin “Yeddi gözəl” baletindan valsı, T.Quliyevin “Qaytağı” rəqsinə yazdığı musiqini, Niyazinin məşhur “Arzu” mahnısını və digər sevilən klassik musiqi əsərlərini dinləyə və milli, xarici rəqs nömrələrinə tamaşa edə bilərsiniz.
Qeyd edək ki, festivalın müəllifi və direktoru azərbaycanlı pianoçu, nüfuzlu beynəlxalq müsabi

Xəbərlər Qalereyası

Xəbərlər