22 aprel 2021-ci il tarixində Gürcüstan Milli Muzeyinin Tədqiqat İnstitutunun Foto və sənədlərin konservasiyası üzrə labaratoriya rəhbəri Fridon Lobjanidze və muzeyin fond üzrə baş mühafizi İrina Koşaridze "İçərişəhər" Muzey Mərkəzinin qonağı olmuşdur.

Qonaqlar "İçərişəhər" Muzey Mərkəzinin 5000 ədədi əsas fonda aid edilən, ümumilikdə 10000 ədəd fotoqrafiya nümunəsi olan foto-neqativ fondunun kolleksiyası ilə yaxından tanış olaraq, öz təklif və tövsiyələrini bildirmişlər.

Maraqlı müzakirə və elmi mübadilə şəraitində keçirilən görüşün sonunda qonaqlara xatirə olaraq yeni nəşr olunmuş "Səbayıl qəsri" kitabı hədiyyə edilmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər