Tahir Mir Teymur oğlu Salahov elə bir nəhəng sənətkardır ki, bənzərsiz istedadı ilə yaratdığı hər bir əsərdə aktuallıq anlayışını ram edərək rəssamlıq sənətinə öz dövrünün yeni istiqaməti olan "sərt üslub"u gətirdi. Bu yeniliyin sayəsində neçə-neçə rəssamın praktikasına yeni mövzular və obrazlar daxil oldu. Əlbəttə ki, onun yaradıcılığına dair onlarla elmi işlər yazılmış, saysız-hesabsız kitablar, albomlar, monoqrafiyalar çap edilmişdir.

Lakin "Dialoq" kitabının nəşri ilə ilk dəfə olaraq elə bir əsər ərsəyə gəldi ki, bu dəfə oxucu sanki rəssamın öz səsini eşidə biləcək. Tanınmış publisist, musiqişünas Raya Abbasova ilə yola çıxaraq siz Tahir Salahovun özü ilə dialoqda olacaq, sənəti, bioqrafiyası və öz dövrünə aid çox az bilinən faktlarla tanış olacaqsınız.

Qeyd edək ki, "Dialoq" kitabı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə nəşr edilmişdir. Həmçinin
"dünyaya böyük sənətkar Tahir Salahovun gözlərilə baxmaq" ideyasını əks etdirən belə bir əsərin hazırlanması fikri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. "İçərişəhər" DTMQİ isə bu ideyanın reallaşdırılmasına öz töhfəsini vermiş oldu.

Xəbərlər Qalereyası

Xəbərlər