2 mart 2021-ci il tarixində Şirvanşahlar Sarayı Kompleksində Kompleksin 360°-li "3D" modelinin və bu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, "İçərişəhər" DTMQİ və Almaniyanın "EKM" Global Consulting GmbH şirkəti İçərişəhərin məşhur tarixi-memarlıq abidələrinin 360°-li "3D" virtual modellərinin hazırlanması istiqamətində əməkdaşlıq edir. 11 sentyabr 2020-ci il tarixində tərəflər arasında qarşlıqlı əməkdaşlıq Memorandumu imzalanıb.

"İçərişəhər" DTMQİ, "EKM" Global Consulting GmbH şirkəti və "start-upper" Səbinə Zülalova tərəfindən həyata keçirilən sayca 3-cü olan bu layihə, 2020-ci ilin fevral ayında Bəylər məscidi, 18 May Beynəlxalq Muzeylər günü ərəfəsində isə Qız Qalası tarixi-memarlıq abidələrinin 360°-li "3D" modellərinin və virtual turlarının hazırlanmasının davamıdır.

Layihənin həyata keçirilməsində əsas məqsəd insanların məsafəli şəkildə İçərişəhərdəki muzey və ekspozisiyaları ziyarət edə bilməsi, həmçinin, təhsil müəssisələrinin Azərbaycan tarixinin, memarlığının və incəsənətinin öyrənilməsində əyani nümunə kimi muzey təcrübəsindən istifadə edə bilməsidir.

Xəbərlər Qalereyası

Xəbərlər