08 fevral 2021-ci il tarixində Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfəri çərçivəsində doğma Bakımızın tarixi özəyi və mədəniyyət beşiyi olan İçərişəhəri ziyarət etmişdir. Rəsmi qonağı İDTMQİ-nin İdarə Heyətinin sədri cənab Ə. Ələkbərov qarşılamışdır.
Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq-Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrinin növbəti iclasında iştirak etmək məqsədilə Bakıya gələn xanım Morton dədə-babalarımızdan bizlərə miras qalmış qədim sənət növlərinin yaşadıldığı, qorunaraq təbliğ olunduğu qədim şəhəri öz istəyi əsasında xüsusi maraqla gəzmişdir.
O, "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən sənət sahələri ilə yaxından tanış olmuşdur. Qədim şəhərin dar dalanları və daş döşənmiş küçələrini gəzən xanım Morton Bəylər məscidini ziyarət etmiş və "Müqəddəs əmanətlər" sərgisi ilə yaxından tanış olmuşdur.
Ziyarət zamanı XII-XV əsrin tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksini də ziyarət edən yüksək səviyyəli qonaq, İçərişəhərlə və Azərbaycanın tarixi irsi ilə tanş olduğunu, burada gözəl və mənalı vaxt keçirdiyini qeyd etmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər