4 fevral 2021-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə İdarənin üzvü olduğu Ümumdünya İrs Şəhərləri Təşkilatının (OWHC) Şərqi və Mərkəzi Avropa Katibliyi arasında video formatda görüş keçirilib. Görüşdə İdarənin İdarə Heyətinin üzvü Cavid Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov, OWHC-nin Şərqi və Mərkəzi Avropa üzrə Regional Əlaqələndiricisi Michal Krasucki və Katibliyin nümayəndəsi Marcin Kamola iştirak ediblər.

Görüş zamanı Katibliyin 2021-ci il üçün planlaşdırdığı tədbirlər, eləcə də yeni yaradılmış İşçi Komitələrin fəaliyyəti müzakirə olunub. "İçərişəhər" DTMQİ-nin təşkilatın ən aktiv üzvlərindən biri olduğu diqqətə çatdırılıb və bu səbəbdən Katibliyin yeni təsis etdiyi “Turizm” və “Şəhər İnkişafı” üzrə İşçi Qruplarda təmsil olunaraq öz təcrübəsini digər şəhərlərlə bölüşməsinin əhəmiyyəti vurğulanıb.

Xəbərlər Qalereyası

Xəbərlər