"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində könüllü iştirak ediblər. Torpaqlarımızın işğaldan azad olunmasında və möhtəşəm qələbəmizdə rolu olan 2 əməkdaşımızı tanıyaq:

Nəzərov Orxan Taleh oğlu 1993-cü il 25 sentyabr tarixində Bakı şəhərində anadan olub. 189 saylı orta məktəbdə təhsil alıb. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən "İçərişəhər" Muzey Mərkəzinin Qız Qalası üzrə ekspozisiya şöbəsində muzey baxıcısı vəzifəsində çalışır. 29 sentyabrda könüllü olaraq cəbhəyə yola düşüb. Füzuli və Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib.

İbrahimov Taleh Fazil oğlu 1993-cü il 18 iyul tarixində Göyçay rayonu Çərəkə kəndində anadan olub. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. 2018-ci ildən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda anbardar vəzifəsində çalışır. 27 sentyabr tarixində başlanan Vətən müharibəsində döyüşmək üçün könüllü olaraq cəbhəyə yollanıb. Tərtər-Ağdərə istiqamətində gədən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, hər iki əməkdaşımız ordu sıralarından tərxis olunduqdan sonra "İçərişəhər" DTMQ İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov onlarla görüşüb.

Vətən uğrunda döyüşən qəhrəmanlarımızla fəxr edirik!

Xəbərlər Qalereyası

Xəbərlər