Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür.

12 noyabr 1995-ci ildə ölkəmizdə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olunub. Artıq 25 ildir ki, Konstitusiyamız milli dövlətimizə, ölkədə dərinləşən islahatlara, xalqın tərəqqisinə xidmət edir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

27 sentyabr tarixində başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki qüdrətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin 1-ci bəndini - "Azərbaycan respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir" - təmin etdi. İnnən belə Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində de-fakto və de-yure tətbiq olunacaqdır. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirik!

Xəbərlər