Azərbaycan Respublikasının Silahlı Qüvvələri təcavüzkar Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə əməliyyatlarını həyata keçirir.  

 

   "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, habelə Aparatında və strukturuna daxil olan qurumlarda çalışan əməkdaşları torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə Ordumuza dəstək nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 36.151 manat vəsait köçürüb.

 

   Qarabağ bizimdir!

   Qarabağ Azərbaycandır!

 

#Içərişəhər #BizBirlikdəGüclüyük #QarabağAzərbaycandır

Xəbərlər