18 may 2020-ci ildə saat 16:00-da ICOM Azərbaycan Milli Komitəsi tərəfindən Beynəlxalq Muzeylər günü münasibətilə onlayn konfrans keçiriləcəkdir. Ənənəvi olaraq keçirilən belə tədbirlər hər il müəyyən deviz altında təşkil olunur. 2020-ci ilin devizi "Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik" dir.

       ICOM Azərbaycan Milli Komitəsi tərəfindən də qeyd olunan 18 may əksər dünya ölkələrində Beynəlxalq Muzeylər günü kimi qeyd edilir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis olunmuşdur.

       Bu il Beynəlxalq Muzeylər günü dünyada baş verən Corona virus pandemiyası ilə əlaqədar onlayn konfrans formatında təqdim olunacaqdır. "İçərişəhər" Muzey Mərkəzi ICOM Azərbaycan Milli Komitəsi tərəfindən təşkil olunan onlayn konfransa "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" haqqında "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi ilə Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən birlikdə tarixi İçərişəhərdə həyata keçirilən incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramı haqqında video-təqdimat ilə qoşulacaqdır.

        Hər bir muzey üçün ayrılmış 10 dəqiqə müddətində "İçərişəhər" Muzey Mərkəzi tərəfindən əlilliyi olan və olmayan şəxslər üçün inklüziv təhsilin təşviqinə yönələn, gənc tələbələrin birlikdə təhsil alması, eləcə də ənənəvi incəsənət vasitəsilə həyatı birlikdə kəşf etmələrinə yardım olunması üçün tətbiq edilən bu proqramın icra statusu və əhəmiyyəti haqqında məlumat veriləcəkdir.

ICOM Azerbaijan

Xəbərlər