15 may 2020-ci il tarixində,
saat 11:00-da "İçərişəhər" Muzey Mərkəzi Gürcüstan Milli Muzeyi ilə birgə 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Qədim muzey işi ən müasir dövrlərdə" adlı beynəlxalq "Zoom" konfrans keçirəcək.

Yeni Koronavirus pandemiyası muzey mütəxəssislərinin yaranmış qəfil vəziyyətə tez bir zamanda reaksiya vermələrinə və təcili olaraq kreativ imkanlarından istifadə etmələrinə şərait yaratdı. Bu çətin dövrdə bir çox muzeylər onlara məxsus yaradıcılıq imkanlarını nümayiş etdirməklə yanaşı müasir texnologiyalardan istifadə edərək ziyarətçilərə muzey kolleksiyalarını interaktiv formatda təqdim etmək imkanı qazandı.

Onlayn görüş bizə tarixi və coğrafi baxımdan yaxın qonşularımızın beynəlxalq təcrübələri ilə tanış olmaq imkanı verəcək. Dəyirmi masada həmçinin gürcüstanlı həmkarlarımızla muzey sahəsində gələcək əməkdaşlıq imkanları da müzakirə ediləcək.

"Zoom" konfransda iştirak etmək üçün aydan.selimkhanova@gmail.com elektron ünvanına qısa mesaj göndərməklə qeydiyyatdan keçə bilərsiniz. Elektron ünvanınıza göndərilmiş link vasitəsilə həmin gün konfransda iştirak edə bilərsiniz.

Xəbərlər