Xəbər verdiyimiz kimi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədi ilə incəsənət-xeyriyyə layihəsi həyata keçirmişdir. Layihə çərçivəsində Qoruq İdarəsi Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edilmişdir.

Əsərlər İdarənin səhifəsində təşkil olunan xüsusi qapalı auksionda onlayn satışa çıxarılmışdır. Auksion 30 aprel tarixində başa çatmış və əsərlərin hər biri satılmışdır.

Auksiondan əldə olunan vəsait "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən tam olaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüşdür.

Xəbərlər