“İçərişəhər” Muzey Mərkəzi #MuseumFromHome heşteqi altında 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində bir sıra maraqlı təqdimatlar hazırlayıb. 14 aprel saat 12.00-da tarix üzrə fəlsəfə doktoru, “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini Məlahət Fərəcovanın "Bəşəriyyətin ilk incəsənəti" adlı mühazirəsi keçiriləcək.

Qayaüstü incəsənəti dünya miqyasında bir fenomendir və min illər boyu günümüzə qədər davam edən insanlıq təzahürüdür. Bu sənət forması mahnı, rəqs və ya din kimi insan zehninin bir hissəsidir və çox uzun müddət mövcud olmaq kimi xüsusi bir qabiliyyətə malikdir. Bildiyiniz kimi, Azərbaycanda qayaüstü rəsmlər olan 4 bölgə qeydə alınıb: Qobustan, Abşeron (qayaüstü incəsənət abidələri "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğunda saxlanılır), Gəmiqaya və Kəlbəcər.

Mühazirədə M.Fərəcova sizə bəşəriyyətin ilk incəsənəti və əlbəttə ki, Azərbaycanın qayaüstü incəsənəti haqqında məlumat verəcək. Məlahət Fərəcova Qayaüstü incəsənət mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin "YUNESKO Qayaüstü İncəsənət Abidələri" layihəsinin məsləhətçisi, Avropa Şurasının nəzdində PRAT –CARP (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının elmi komitəsinin eksperti, habelə, qayaüstü incəsənətinə dair 5 kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

Mühazirəni @icherisheher_museum_center instaqram səhifəsində izləyə bilərsiniz

Xəbərlər