Dünya İrs Şəhərləri Təşkilatının (OWHC) Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyi "Mobillik və Mədəni irs" mövzusunda növbəti kitabçasını yayımlayıb. Kitabçada hər kəs üçün əlçatanlıq və rahat hərəkət baxımından Avropanın ən yaxşı təcrübəyə malik 13 tarixi şəhəri seçilib. Həmin 13 şəhərdən biri də İçərişəhərdir.

"İçərişəhər" DTMQ İdarəsi tərəfindən İçərişəhərin sakinləri və ziyarətçiləri üçün rahat hərəkətin və məkanın əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər barədə oxuculara 4 dildə (ingilis, fransız, ispan və portuqal) məlumat verilib.

Qeyd edək ki, "Mobillik və Mədəni irs" layihəsi 2014-cü ildən Dünya İrs Şəhərləri Təşkilatı tərəfindən başladılmışdır. Bu layihənin əsas məqsədi mədəni irsi qorunub saxlanması istiqamətində tarixi abidələrin insanlar üçün rahat və əlçatan olması məqsədilə yerli orqanlara dəstək verməkdir.

Kitabça ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.ovpm.org/wp-content/uploads/2018/09/folleto-definitivo-patrimonio-y-movilidad-2.pdf

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər