12-13 fevral tarixlərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində "Ümumdünya İrs Şəhərləri Təşkilatı"nın Şimali və Qərbi Avropa üzrə koordinatoru Matthias Ripp tərəfindən "Muzey bələdçiliyi" mövzusunda beynəlxalq təlim keçirilir.

Təlimin məqsədi Qoruq İdarəsinin tabeliyində olan muzeylərin və turizm şöbəsinin əməkdaşlarını muzey bələdçiliyi və yaradıcı turizm xidmətlərinə dair qabaqcıl təcrübə ilə tanış etməkdir. Belə ki, təlim çərçivəsində təlim iştirakçılarına üç mövzuda – yaradıcı turizm xidmətlərinin inkişaf etdirilməsi, muzeylərdə hekayə və nəqletmə və ziyarətçi idarəetməsi haqqında qabaqcıl təcrübəyə əsaslanan bilgilər veriləcək. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər