3 fevral tarixində  "Azerbaijan Best Awards" tədbiri çərçivəsində "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi "Dastan" Traditional Arts brendi məhsullarının sərgisini təqdim edib. Qırmızı xalı şousu ilə başlayan tədbir daha sonra moda nümayişi ilə davam edib.

Hər il olduğu kimi "İlin ən yaxşıları" mükafatı incəsənət nümayəndələri, iş adamları, media, tibb, idman, moda, ictimai xadimlər, memar-dizayner, elm xadimləri və müxtəlif sahələrdə uğur qazanmış şəxslərə təqdim edilib.

Tədbir çərçivəsində təşkil olunan sərgidə "Dastan" brendinin 5 növdə - Keramika, Batika, Zərgərlik, Taxta və Dekorativ rəngkarlıq sahələrinə aid olan sənətkarlıq məhsulları nümayiş olunub. Sərgi iştirakçıları brendə məxsus sənətkarlıq məhsulları ilə tanış olub, mərkəzdə keçirilən təlim kursları və ustad dərslərinə dair məumatlandırılıblar.

Qeyd edək ki, "Dastan" brendinin ixtisaslaşmış dizayner və sənətkarları Ənənəvi İncəsənət Mərkəzində ənənəvi texnika və metodlara əsaslanaraq qeyd olunan sahələr üzrə müxtəlif əl işi olan məhsullar hazırlayır və hər il öz məhsullarını müxtəlif yerli və beynəlxalq sərgilərdə, ticarət yarmarkalarında təqdim edirlər. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər