14 dekabr tarixində "Let it snow"adlı yeni il yarmarkası keçiriləcək. Yarmarkada yerli brendlərin əl işləri və müxtəlif məhsullarından ibarət kolleksiyaları sərgilənəcək.

Məşhur "Passage 1901" restoranında təşkil olunacaq bayram yarmarkasında "Dastan" brendinin məhsulları - keramika, batika, taxta, zərgərlik və dekorativ boyakarlıq sahələrinə aid sənət nümunələri sərgilənəcək.

Həmçinin, ziyarətçilərə, brendin aid olduğu "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzində təşkil olunan master-klasslar barədə geniş məlumatlar veriləcək, müsabiqələr təşkil olunacaq. Müsabiqəyə qatılan şəxslər "Dastan" brendindən qiymətli hədiyyələr əldə etmək şansını qazanacaq.

Bayram yarmarkası saat 11:00-dan 20:00-a qədər davam edəcək.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər