22 noyabr 2019-cu il tarixində saat 19:00-da “Bakı Fotoqrafiya Evi”ndə “Bakı Foto” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Hər bir nominasiyanın qalibi 500 AZN məbləğində pul mükafatı qazanacaq. Qaliblərin və finalçıların fotoşəkilləri “Bakı Fotoqrafiya Evi”ndə sərgidə nümayiş olunacaq.


Müsabiqənin münsiflər heyəti fotoqraf Sənan Ələsgərov, “Nərgiz” jurnalının məsul redaktoru Leyla Sultanzadə və rəssam-rejissor Teymur Daimidir.


Müsabiqənin nominasiyaları:

  • Mobiloqrafiya – Sərbəst Mövzu
  • Abstrakt fotoqrafiya
  • Yer Haqqında xatirə
  • Ailə portreti
  • Tarix                                

Ünvan: Böyük Qala küç. 42

Giriş sərbəstdir!

Xəbərlər