Şirvanşahlar Sarayı Kompleksi

17 oktyabr saat 15:00 da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İstedArt” layihəsinin yeni mövsümünə start verilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihənin növbəti açılış mərasimi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutacaq.

Layihədə müxtəlif internat məktəbləri, sağlamlıq imkanlari məhdud və  daun sindromundan əziyyət çəkən  uşaqlar iştirak edəcəklər.

Uşaqlar “Içərişəhər” DTMQİ hesabına  rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə 9 ay ərzində dərs alacaqlar. Bu kimi layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə  yanaşı əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardımdan ibarətdir.

Açılış mərasimi KİV nümayəndələri üçün açıqdır!

Xəbərlər