Həyata keçirilmiş layihələr

2019-cu il  9 oktyabr tarixi Avropa Şurası tərəfindən  hər il “Avropa Qayaüstü İncəsənəti Günü” kimi qeyd edilməsi elan olunub. Bu hadisə “Avropa İrs günləri” (EUROPEAN HERITAGE DAYS) layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxil edilib.

Bu əlamətdar günlə bağlı “İçərişəhər”  Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsinin  Muzey Mərkəzi 9 oktyabr 2019-cu il tarixdə  “Bəşəriyyətin ilk incəsənəti” adlı beynəlxalq tədbir keçirib. Tədbirdə PRAT-CARP (Prehistoric Rock Art Trails/ Cultural Routes of the Council of Europe ) təşkilatının elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Bəşəriyyətin ilk incəsənəti” adlı mühazirəsi ilə çıxış edib. Məruzədə dünya qitələrində mövcud qayaüstü təsvirlərdən, YUNESKO-nun siyahısına daxil edilən qayaüstü incəsənət nümunələrindən, onların qorunması, tədqiqi məsələlərinə toxunulub. Azərbaycan petroqraflarının rəqəmsal texnologiyasının və bazasının  öyrənilməsi məsələləri də məruzədə öz əksinin tapıb. Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri mövzuya dair “Pantomima səhnəsi” nümayiş ediblər. Daha sonra gənc rəssamlar  “Dostluq karikaturası” çəkiblər.

Tədbirin sonunda  qalib seçilən 3 gənc rəssamın rəsmləri PRAT-CARP təşkilatına göndəriləcək və seçilən bir rəsm səyyar sərgidə iştirak edəcək. Tədbirin sonunda gənc rəssamlar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbərlər Qalereyası

Xəbərlər