Qız Qalası

Azərbaycan-Xorvatiya arasında mədəni əlaqələrinin möhkəmləndirilməsi məqsədilə “İçərişəhər” DTMQ İdarəsinin Marionet Teatrı 27 sentyabr-1 oktyabr 2019-cü il tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilən Beynəlxalq Marionet Festivalında uğurla çıxış edib.

İdarə tərəfindən Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfirliyi və şəxsən fövqəladə və səlahiyyətli səfiri cənab Fəxrəddin Qurbanovun dəstəyi ilə təşkil edilən səfər çərçivəsində teatr müxtəlif dövlətlərin Xorvatiyadakı səfirləri, rəsmi nümayəndələri qarşısında uğurla çıxış edib. Teatrın “Leyli və Məcnun" tamaşası xüsusi rəğbətlə qarşılanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə yaradılan Marionet Teatrının 2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın yaradılmasında əsas məqsəd Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi və qorunub saxlanmasıdır.

29 sentyabr tarixində teatrın truppası həmçinin Xorvatiyadakı teatrların direktorları, ssenaristləri və teatr xadimləri qarşısında çıxış edib.

Xəbərlər Qalereyası

Xəbərlər