Abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin  düzgün təbliği məqsədi ilə “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi “Tarix və mədəniyyət abidələrimiz həm də ideoloji silahımızdır” mövzusunda silsilə tədbirlər təşkil edir.

Eyni zamanda idarə və onun strukturları muzey bələdçilərinin maariflənməsi və tarixi abidələr haqqında son elmi məlumatların mənimsənilməsi, turistlərə mükəmməl və əhatəli informasiyanın çatdırması üçün yeni layihələr üzərində çalışır.

Layihə çərçivəsində  20.09.2019-cu il tarixində Baş İdarənin konfrans zalında  “Şirvanşahlar Sarayı Kompleksi” turistlərə necə təqdim olunmalıdır?” mövzusunda “Dəyirmi masa” keçirdi.

Elm şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İ.Musayevanın moderatorluğu ilə baş tutan toplantıda şöbənin baş mütəxəssisi Gülsüm Hüseynova, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, “İçərişəhər” Muzey  Mərkəzinin elmi katibi Səadət Ələkbərova, tarix üzrə elmlər doktoru, professor Şahin Fazil  məruzələrlə çıxış etdilər.

“Dəyirmi masa”da  “Bələdçilik peşəsinin spesifik xüsusiyyətləri”, “Şirvanşahlar Sarayı Kompleksinin memarlıq xüsusiyyətləri”, "Şirvanşahlar Sarayı kompleksi haqqında ziddiyyətli məlumatlar", “Şirvanşahlar Sarayı Kompleksi və bələdçi mətnlərinin problemləri”,    “Şirvanşahlar Sarayı Kompleksi haqqında tarixi məlumatlar və yeni tədqiqatlar” adlı məruzələr dinlənildi və mövzulara dair  müzakirələr  aparıldı.

Xəbərlər Qalereyası

Xəbərlər