İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi yeni “Şəki” kolleksiyasını təqdim edəcək. 

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tərəfindən hazırlanmış yeni kolleksiyanın təqdimatı 3-7 oktyabr 2019-cu il tarixində Kiçik Qala qalereyasında təşkil olunacaq. Brendin yeni kolleksiyasına ənənəvi və qədimi üsulla hazırlanmış beş ənənəvi sənətkarlıq nümunəsi (keramika, batika, taxta, zərgərlik, dekorativ boyakarlıq) daxildir.

Qədim sənətkarlıq məkanı  Şəkinin müxtəlif tarixi-memarlıq abidələri və dekorativ tətbiqi sənətkarlıq nümunələrindən bəhs edən məhsullar  rəngarəngliyi və qədimiliyı ilə könlünüzü oxşayacaq.

Xəbərlər