İdarə Heyəti Sədrinin müraciəti

28 Sentyabr - 4 Oktyabr 2019-cu il tarixdə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi, İstanbul (IRCICA) Azərbaycan Respublikası, “İçərişəhər” Dövlət Tarix –Memarlıq Qoruğu İdarəsi ilə birgə “El sənəti” Bakı Beynəlxalq Festivalı keçirəcək. Festivala “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” Bakı Beynəlxalq Konqresi, “Sənətkarlıq məhsullarının istehsalında yeniliklər” Bakı Beynəlxalq Mükafatı Sənətkarların  Beynəlxalq Sərgisi daxildir.

Sizi sərgidə və “Sənətkarlıq məhsullarının istehsalında yeniliklər” Bakı Beynəlxalq Mükafatında iştirak etməyə dəvət edirik.

Aşağıda göstərilən sənədləri 15 avqust 2019-cu il göndərməyiniz xahiş olunur:

 

  • 20 ədəd sənətkarlıq məhsulunun yüksək keyfiyyətli və rəngli fotoşəkili;
  • Sənətkarın iş prosesini və məhsulun hazırlanmasında tətbiq olunan texnikanı əks etdirən fotoşəkillər;
  • 1 ədəd fotoşəkil (3x4 və ya 3.5x4.5 ölçüdə, ağ-qara fonda);
  • Sənətkarın tərcümeyi-halı (word sənədi formatı, yarım səhifə, ingilis və ərəb dillərində);
  • Festivalda təqdim olunacaq məhsulun 2 ədəd fotoşəkili (Məhsul aşağıdakı şəkildə iki hissədə təqdim edilsin):
  1. Hazır
  2. Natamam

 

Festival zamanı sənətkar təqdim olunan natamam məhsulla münsiflər heyəti qarşısında çıxış edəcək. 

Hər iki məhsulun çəkisi, ölçüsü, xammal, dizayn, təbii və ya sənaye boyaları, məhsulun tamamlanma müddəti, texnikalar, istehsal məqsədi və digər vacib məqamlar əks olunmaqla məhsul haqqında ətraflı məlumat (ingilis və ərəb dillərində) göndərməyiniz xahiş olunur.

Məhsul haqqında məlumatlar word sənədi formatında göndərilsin.

Hər bir məhsul haqqında məlumat ingilis və ya ərəb dillərində məhsula aid foto ilə birgə bir səhifədən ibarət təqdim edilsin. Digər 20 ədəd məhsul haqqında məlumatları da yuxarıda qeyd olunan şəkildə göndərməyinizi sizdən xahiş edirik.

Bütün sənədləri aşağıda göstərilən elektron ünvanına göndərməyiniz xahiş olunur:

nazeihmaarouf@gmail.com

Festivalda Sizləri aramızda görməkdən məmnun olarıq.

Hörmətlə,

Dr. Nezih Maruf

Sənətkarlığın İnkişafı Proqramının rəhbəri,

IRCICA, İstanbul

 

 

 

 

 

 

Xəbərlər