2019-cu ilin 26-29 iyul tarixlərində Rumıniyanın Siqişoara şəhərində keçirilən "Siqişoara orta əsrlər festivalı"nda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin üzvü Cavid Kazımov iştirak etmişdir. Həmin müddətdə İçərişəhərin məşhur abidə və muzeyləri haqqında məlumat və fotoşəkillərin əks olunduğu sərgi də ziyarətçilərə təqdim edilmişdir. Tədbir çərçivəsində Cavid Kazımov Siqişoara şəhərinin meri Ovidiu Dumitru Malancravean ilə də görüşmüşdür. Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, əməkdaşlıqla bağlı real imkanlar və sahələr mövzusunda müzakirələr aparılıb.
Görüş zamanı həmçinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin üzvü Cavid Kazımov Siqişoara şəhərinin meri Ovidiu Dumitru Malancraveanı 2020-ci ildə İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə bağlı keçiriləcək tədbirinə dəvət etdi.